"Hindistan dünyanın ən sürətli böyüyən böyük iqtisadiyyatlardan biridir" - Səfir

14:35 18.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
 
İnvestisiyanı təşviq etmək üçün, büdcənin ictimai sektora aid banklara şəffaflıq və daha yüksək peşəkarlıq gətirməsini təklif etdiyini deyən səfir əlavə edib ki, hazırda dövlətə məxsus bəzi qiymətli kağızlar da xarici investorlar üçün açıq olacaq. Büdcə, dərman, avtomobil hissələri və digər sektorlar üçün Mikro, Kiçik və Orta Müəssisələrin (MSME) ixracının təşviqi üçün 140 milyon dollar məbləğində sxem hazırlanıb və sair.

"Hindistan iqtisadiyyatı güclü xarici sərmayələr və iş mühitinin daim yaxşılaşdırılması hesabına inkişaf edib. Xarici hökumətlərin Suveren Sərvət Fondu tərəfindən investisiyanı sabitləşdirmək üçün, ən az kilidləmə müddəti ilə 31 mart 2024-cü ilə qədər olan üç il ərzində infrastruktur və prioritet sektorlara qoyulan investisiyalardan faiz, gəlir və kapital gəlirlərinə 100 faiz vergi güzəştinin verilməsi qərara alınıb. Hökumət bütün maraqlı tərəflərlə məsləhətləşmədən sonra aviasiya, media və sığorta sektorlarında FTİ-nin daha da açılmasını nəzərdən keçirir. Sığorta vasitəçiləri üçün 100 faiz İD-yə icazə veriləcək və pərakəndə satış sektorunda xarici mənbələrin normaları asanlaşdırılacaq. Qlobal bazar iştirakçıları tərəfindən ticarət üçün əlavə seçim olaraq beynəlxalq külçə birjaları qurulacaq və müəyyən edilmiş dövlət qiymətli kağızları qeyri-rezident investorlar üçün tam açılacaq. Xarici portfel investisiya (FPI) korporativ istiqrazlar üçün limit 15 faiz artırılıb", - deyib səfir B.Vanlalvavna.

Səfir fikirlərini bu sözlərlə tamamlayıb: "Hindistan dünyanın ən sürətli böyüyən böyük iqtisadiyyatlardan biridir. ÜDM-nin 2020-21-ci illərdə 6-6,5 faiz artacağı gözlənilir. Dünya Bankının Doing Business reytinqində, Hindistan 2014-cü ildəki 142-ci yerdən 2019-cu ildə 79-cu pilləyə yüksəlib, iqtisadiyyat, xidmət və İKT sektorunda 2019-2020-ci illər ərzində xarici investisiya 15 faiz artaraq 26,1 milyard dollara çatıb. Xaricdə yaşayan Hindistan vətəndaşları tərəfindən ölkəyə 38,4 milyard dollar pul köçürmələri daxil olub. Bütün ölkə üzrə kənd yerlərində 12,1, şəhərlərdə isə 13,9 milyon yeni iş yerinin yaradılması gözlənilir. Sosial xidmətlərə çəkilən xərclər sayəsində ölkə İnsan İnkişafı İndeksi sıralamasında mövqeyini yaxşılaşacaq. Hindistan Paris Sazişini həyata keçirmək əzmindədir və SDG-nin həyata keçirilməsi yolunda da irəliləyir".