Hindistanın baş naziri Narendra Modi, BMT-nin İqtisadi və Sosial Şurasının sessiyasında (ECOSOC) virtual şəkildə çıxış edib.
Hindistanın ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata görə, bu, Hindistanın 17 iyun tarixində, 2021-2022-ci illər üzrə Təhlükəsizlik Şurasına dəfələrlə qeyri-daimi üzv kimi seçilməsindən bəri Baş nazirin daha geniş BMT üzvlüyünə ilk müraciəti olub.
Bu il İqtisadi və Sosial Şuranın yüksək səviyyəli seqmentinin əsas mövzusu belədir: "COVID19-dan sonra çoxtərəflilik: 75 illik yubileyində bizə necə BMT lazımdır".
BMT-nin yaradılmasının 75 illiyinə təsadüf edən bu mövzu Hindistanın Təhlükəsizlik Şurasına gələcək üzvlüyü prioriteti ilə də uyğunlaq yaradır. Baş nazir Hindistanın COVID-19 pandemiyasından sonrakı dünyada çağdaş dünyanın reallıqlarını əks etdirən inkişaf etdirilmiş çoxtərəfliliyə çağırışını təkrarlayıb.
Baş nazir çıxışında Hindistanın İqtisadi və Sosial Şura ilə uzunmüddətli əlaqələrini, eləcə də BMT-nin Davamlı İnkişaf Məqsədləri də daxil olmaqla bir çox inkişafa yönəlmiş tədbirlərinə dair qeyd edib. Bildirib ki, inkişaf şüarımız "SabkaSaath, SabkaVikaas, Sabka Vishwas", Davamlı İnkişaf Məqsədlərinin əsas prinsipi olan heç kəsi geridə qoymamaqla uyğunluq yaradır.
Baş nazir Hindistanın böyük əhalisinin sosial-iqtisadi göstəricilərini yaxşılaşdırmaqda qazandığı uğurları Davamlı İnkişaf Məqsədlərinin qlobal hədəflərinə əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulayıb. Hindistanın həmçinin digər inkişaf etməkdə olan ölkələrə Davamlı İnkişaf Məqsədlərinin hədəflərinə çatmasında dəstək vermək öhdəliyinə dair söz açıb. O, "Swacch Bharat Abhiyan" adlı şirkət vasitəsilə sanitariya imkanlarının yaxşılaşdırılması, qadınlara səlahiyyətlərin verilməsi, maliyyə xidmətlərinə çıxış imkanlarının təmin edilməsi, "Hamı üçün mənzil" və "Ayushman Bharat" proqramları kimi digər önəmli layihələr vasitəsilə mənzil və səhiyyə xidmətlərinin genişləndirilməsindən danışıb.
Baş nazir Hindistanın ekoloji dayanıqlılığa və biomüxtəlifliyin qorunmasına önəm verdiyini vurğulayıb, Hindistanın Beynəlxalq Günəş Alyansının və Fəlakətlərə Dözümlü İnfrastruktur Koalisiyasının qurulmasında aparıcı rolunu xatırladıb.
Bölgədə ilkin olaraq Hindistanın tədbirlər görməsindən bəhs edən Baş nazir, dərmanların müxtəlif ölkələrə tədarükü, Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatına üzv ölkələri arasında birgə tədbirlərin görülməsi strategiyasının əlaqələndirilməsində Hindistan hökuməti və əzcaçılıq şirkətləri tərəfindən göstərilən dəstəkdən söz açıb. Bu, Baş nazirin İqtisadi və Sosial Şurada ikinci müraciəti idi. Bundan əvvəl o, əsas çıxışını 2016-cı ilin yanvar ayında keçirilən İqtisadi və Sosial Şuranın 70 illik yubileyində söyləmişdi.