İran bölgədə bütün kommunikasiya xətlərinin bərpa olunmasını dəstəkləyir.
Hafta.az-ın yazdığına görə, bunu İranın Azərbaycandakl səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabının qələbəsinin 43 illiyi və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.
S.A.Musəvinin sözlərinə görə, bölgədə Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında həll edilə biləcək məsələdir. Onlar hansı qərarı qəbul edərsə, İran onu dəstəkləyəcək.
"İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin Azərbaycana səfərində bu yollarla əlaqədar müzakirələr aparıldı. İki ölkənin nəzərdə tutduğu məsələlərdən biri tranzit məsələsidir. Buna görə də iki ölkə bu sahəyə daha çox önəm verir", - deyə səfir əlavə edib.