"İranın xarici siyasəti qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək üzərində qurulub".
Hafta.az-ın yazdığına görə bu sözləri İranın ölkəmizdəki səfiri Seyid Abbas Musavi İslam İnqilabının qələbəsinin 43 illiyi və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib. Diplomatın sözlərinə görə, yeni seçilən prezident İbrahim Rəisinin indiyədək bir neçə xarici səfəri olub ki, hamısını qonşu dövlətlərə edib. "O cümlədən, cənab Rəisi Aşqabadda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Bu görüş iki ölkə arasında əlaqələrin inkişafında dönüş nöqtəsi olub. Ölkələrimiz arasında əlaqələr bütün sahələrdə - siyasi, iqtisadi, elmi, mədəni müstəvidə özünü göstərir, beynəlxalq arenada sıx əməkdaşlıq edirik", - səfir deyib.