Yazını böyüt
Yazını kiçilt
Ərəb KİV-i “İslam Dövləti” terror qruplaşmasının lideri Əbül-Həsən əl-Kuraşinin öldüyü barədə məlumat yayıb. Ərəb telekanalı Əl-Ərəbiyyənin məlumatına görə, qruplaşmanın lideri öldürülüb.
KİV-in məlumatına görə, onun yerini Əbu əl-Hüseyn əl-Hüseyni əl-Kuraşi tutub.
Xatırladaq ki, mart ayında İslam Dövlətinin əvvəlki rəhbərinin ləğvi barədə xəbər yayılmışdı. Amerika lideri Co Bayden bildirib ki, qruplaşma lideri ABŞ Silahlı Qüvvələrinin xüsusi əməliyyatı nəticəsində Suriyanın şimal-qərbində məhv edilib. Onun sözlərinə görə, əməliyyatda iştirak edən ABŞ hərbçiləri sağ-salamat geri qayıdıblar.