"Koronavirusla mübarizə təkcə dövlətin işi olmamalıdır"- Millət vəkili

11:55 09.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ölkədə pandemiya ilə əlaqədar sərt karantin rejimi davam edir. Nazirlər Kabineti daha bir neçə rayonda karantin rejimin sərtləşdirildiyini açıqlayıb. Yoluxma sayında isə kəskin azalma müşahidə olunmur. Daha hansı addımlara ehtiyac var?

Bu barədə hafta.az-a danışan millət vəkili Etibar Əliyev dedi ki, koronavirusla mübarizə təkcə dövlətin işi olmamalıdır:

"COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Rusiya və Türkiyədən gələn infeksion xəstəliklər üzrə mütəxəssislər, reanimotoloq və pulmonoloqlar hazırda Operativ Qərargahın tibbi heyəti ilə görüşlər keçirirlər. Türkiyə Respublikasının Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi heyətinin üzvləri, eləcə də Rusiya və Türkiyədən olan yüksəkixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar. Bunu çoxdan etmək lazım idi".

Oxunma sayı 1794
Sosial rubrikasından digər xəbərlər