"Neftçi" avrokuboklarla vidalaşdı

23:10 26.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Hafta.az xəbər verir ki, təmsilçimiz "Neftçi" də cavab matçına çıxıb. Samir Abasovun rəhbərlik etdiyi komanda İsraildə "Makkabi"nin (Hayfa) qonağı olub.

Bakıdakı görüşdə 3:3 hedablı bərabərlik qeydə alındığından komnadaların mərhələ adlamaq şansı eyni qiymətləndirilirdi. Ancaq "Neftçi" rəqibinə heç bir müqavimət göstərə bilməyib və 0:4 hesabı ilə uduzub.

26 avqust
Konfrans Liqası
Pley-offun cavab oyunu

"Makkabi" (Hayfa, İsrail) - "Neftçi" (Azərbaycan) - 4:0
Qollar: 
Menaçem, 20 (1:0) Atzili, 45+2 (2:0), Haziza, 53-pen. (3:0), Abu Fani, 69 (4:0)
Baş hakim: Aleksandr Stavrev (Şimali Makedoniya)
Hayfa. “Sammi Ofer” stadionu
İlk oyun – 3:3