Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

15:28 26.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub.

Hafta.az xəbər verir ki, bu barədə şairin köməkçisi Arif Mehmandost APA-ya açıqlamasında məlumat verib.

"Səhhəti yaxşılığa doğru gedirdi, amma yenidən ağırlaşdı. Buna görə də yenidən süni tənəffüs aparatına qoşulub", – köməkçisi bildirib.

Qeyd edək ki, 95 yaşlı xalq şairi iyun ayının sonlarında xəstəxanaya yerləşdirilib.