İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal DÇ-2026 finalından sonra Argentina millisinin kapitanı Lionel Messi ilə aralarında baş tutan dialoqu açıqlayıb: “Leo Messi mənim üçün ən böyük futbolçudur. O, mənim kumirim, hər şeyimdir. Yanına yaxınlaşıb sadəcə məni bağışlamasını dedim. O isə mənə belə cavab verdi: “Təbrik edirəm, buna daha çox sən layiq idin”. Sonra onu qucaqladım, öpdüm və təsəlli verməyə çalışdım. Belə məqamlar futboldan daha böyük məna daşıyır. Mən Messiyə hər zaman hörmət edəcəyəm”.
Həftənin QADAĞASI

Nikaraqua Prezidenti Daniel Orteqa müxalifətin hakimiyyətə gəlişinin qarşısını almaq üçün ölkədə bir daha seçkilərin keçirilməyəcəyini elan edib. “Onlar hökuməti ələ keçirməyə, hakimiyyəti zəbt etməyə cəhd edə bilməsinlər deyə burada daha heç bir seçki keçirilməyəcək”, - deyə o bildirib. 2007-ci ildən hakimiyyətdə olan Orteqa parlament və müvafiq qurumlarla qanunlar üzərində işləyəcəklərini söyləyib: “Bizə sui-qəsdçilərin və öz ölkəsinə xəyanət edən xainlərin qarşısında divar, sədd çəkəcək qanunlar lazımdır”.
Həftənin QAZANCI

İspaniyanın futbol üzrə dünya çempionatının finalında Argentinanı məğlub edərək ikinci dəfə dünya çempionu olması ölkəyə təkcə idman uğuru deyil, həm də ciddi iqtisadi dividendlər gətirib. Ferran Torresin əlavə vaxtda vurduğu qolla qazanılan çempionluq İspaniya Futbol Federasiyasına FIFA-dan rekord məbləğdə – 50 milyon dollar (təxminən 43,7 milyon avro) mükafat qazandırıb. Bu vəsait 48 komandalı dünya çempionatı üçün ayrılmış 655 milyon dollarlıq mükafat fondunun bir hissəsidir.
Həftənin DÖRDÜZLƏRİ

Avstraliyanın Kvinslend ştatında yaşayan 34 yaşlı Cenitar Naamoana təbii yolla tək yumurta dördəmləri dünyaya gətirib. Brisben sakini Naamoana iyulun 14-də dörd körpə dünyaya gətirib. Körpələr 28 həftə 4 günlük doğulsalar da, həkimlər onların vəziyyətinin stabil olduğunu bildiriblər.
Həftənin QALİBİ

Çində yemək çatdırılması ilə məşğul olan 56 yaşlı Vanq Cibinq çatdırılmalar arasında yazdığı şeirlərlə ölkənin ən nüfuzlu ədəbi mükafatlarından biri olan Lu Xun Ədəbi Mükafatına layiq görülüb. Vanqın 2024-cü ildə nəşr olunan “Aşağı uçuş” adlı kitabı təxminən 200 yemək kuryeri ilə apardığı söhbətlər və onların gündəlik həyatından ilhamlanaraq qələmə aldığı şeirlərdən ibarətdir.