"Neftçi" Azərbaycan kubokunda yarımfinala vəsiqə qazanıb

18:37 12.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsində növbəti cavab oyunu keçirilib.

Hafta.az xəbər verir ki, "Neftçi" "Sabah"ın qonağı olub.

"Bank Respublika Arena"da oynanılan görüşdə "Neftçi" 3:1 hesabı ilə qalib gəlib və növbəti mərhələyə yüksəlib. Bu komandalar arasındakı ilk görüşdə qalib müəyyənləşməmişdi - 1:1. 

"Neftçi" yarımfinalda "Səbail" - "Zirə" cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4 finala sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.

Azərbaycan Kuboku, 1/4 final

Cavab oyunu - 12 fevral

“Sabah” “Neftçi” - 1:3

Qollar: Xuan Kamara, 41 (1:0), Emin Mahmudov, 61 (1:1), Ramon Maçado, 62 (1:2), 68 (1:3)

Qırmızı vərəqə: Aleksey İsayev, 75 ("Sabah"), Səlahət Ağayev, 75 ("Sabah")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli
“Bank Respublika Arena”

İlk oyun - 1:1