"Neftçi"dən ardıcıl 3-cü məğlubiyyət, "Zirə" ikinci pilləyə yüksəldi

20:26 20.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Premyer Liqasında 11-ci turun matçları davam edir. 

Hafta.az xəbər verir ki, 2-ci oyun günündə 2 görüş keçirilib. Əvvəlcə "Zirə" evdə "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Digər matçda isə "Neftçi" doğma meydanda "Sabah"la üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub. 

Qeyd edək ki, 11-ci tura sabah keçiriləcək "Qəbələ" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq.

20 noyabr (şənbə)

“Neftçi” – “Sabah” - 1:2

Qollar: Ramon Maçado, 33 (1:0), Coy-Lens Mikels, 53 (1:1), 69 (2:1)
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
Bakcell Arena
 
“Zirə” – “Səbail” - 3:1 

Qollar: Qismət Alıyev, 23 (1:0), Davit Volkov, 47 (2:0), Loris Broqno, 74 (3:0), Rauf Əliyev, 87 pen. (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

21 noyabr (bazar)
 
16:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Tural Qurbanov
Qəbələ şəhər stadionu

19 noyabr (cümə)
 
“Qarabağ” – “Keşlə” - 1:0

Qol: Ramil Şeydayev, 49
Hakimlər
: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Azersun Arena