Yazını böyüt
Yazını kiçilt
Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.
Hafta.az xəbər verir ki, son Azərbaycan çempionu “Neftçi” də turnirdə debüt matçına çıxıb. Samir Abasovun komandası Bakıda Hayfa “Makkabi”si ilə qarşılaşıb. Paytaxt təmsilçisi İsrail klubu ilə 3:3 hesablı heç-heçə edib.
Komandalar arasında cavab görüşü avqustun 26-da İsraildə olacaq.
19 avqust
Konfrans Liqası
Pley-offun ilk oyunu
“Neftçi” (Azərbaycan) – “Makkabi” (Hayfa, İsrail) - 3:3
Qollar: Atzili, 9 (0:1), Laval, 50 (1:1), 66 (2:1), Mahmudov, 72 (3:1), Çeri, 78 (3:2), 90+6 (3:3)
Qırmızı vərəqə: İsmayıl Zülfüqarlı, 77 ("Neftçi")
Baş hakim: Delayod Uilli (Fransa)
Bakı. “Bakcell Arena”