Yazını böyüt
Yazını kiçilt
Xalq artisti Gülyanaq Məmmədova şəxsi həyatı ilə bağlı etiraf edib.
Hafta.az xəbər verir ki, "Mədəni şou" verilişinə qonaq olan ifaçıya "Sizi ağladan mahnılarınız olub" sualı ünvanlanıb.
Bu zaman sənətçi "Mən bu ömrü elə belə yaşadım" mahnısını oxuyarkən həyat yoldaşı Ziyadan incidiyini etiraf edib.
"Məni ağladan mahnılarımdan biri "Mən bu ömrü elə belə yaşadım" mahnısıdır. Bu mahnıda hər şey var. O mahnını oxuyanda həyat yoldaşımdan incimişdim. Buna baxmayaraq, özü məni studiyaya aparmışdı. Onda adam daha çox ürəkdən oxuyur. Qadın ömür-gün yoldaşından inciyəndə dünyadan inciyir".