"Pambığı yarımfabrikat şəklində satsaq, daha çox gəlir gətirər"- Nicat Nəsirli

13:11 24.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son ildə ölkədə pambıqçılığın inkişafı üçün bir sıra zəruri addımlar atılır. Bununla bağlı maarifləndirmə işləri ilə yanaşı, fermerlərə əlavə dəstəklər verilir. Ölkə başçısı pambıqçılığın inkişafı üçün dövlət əhəmiyyətli proqramın da təsdiqi üçün tapşırıqlar verib.

Pambıqçılığın mövcud inkişafı Azərbaycanda qarşıya qoyulan məqsədlərə adekvatdırmı və bu sektordan əldə edilən gəlirlərin yüksəldiləmsi üçün hansı addımlar atılmalıdır?

Mövzunu hafta.az-a şərh edən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli dedi ki, pambıqçılıq sektoru son iki ildə dəstəklənir, hələ ki, deyə bilmərik ki, bütün işlər tam həyata keçirilib:

“Keçən il birinici il olduğu üçün əkin sahələri  130-136 min hektar olmuşdu.  Bu il 36 min hektar azaldı. Ona görə ki, texniki bitkilər münbit torpağa qarşı həssasdırlar.  Biz pambıq sahələrini hələ ki, 100 min hektardan çox artıra bilməyəcəyik. Çünki münbit torpaq ehtiyacımız çox azdır. Bu 100 min hektardan məhsuldarlığı yüksəldə bilsək, gəlirimiz də yüksələr. Təxminən bir-iki il əvvəl hektardan əldə olunan məhsul 15-16 sentiner idi. Son iki ildə görülən tədbirlərə görə, bu gəlir 35 sentinerə qədər yüksəlib.  Müşahidələr göstərir ki, texniki bitkilər üçün bu göstərici aşağıdır. Əsas məsələ odur ki, vahid sahədə məhsuldarlğı yüksəldək. Texniki bitkilərdə aqrotexniki qulluq da yaxşı olmalıdır.Təbii ki, dünya praktikasını da tətbiq etməliyik. Bundan sonra gəlirlər də yüksələcək. Ötən il Ucarda Çin texnologiyası, Tərtərdə Yunan texnologiyası tətbiq olundu və yüksək məhsuldarlıq götürüldü. Ənənəvi qaydada əkmək ciddi rentabellik verməyəcək. Prezident də çıxışlarında toxundu ki, pambığın böyük hissəsini xam şəkildə satırıq. Həmin pambıqdan qazandığımız puldan xaricdən satın olaraq tekstil, tirikataj alırıq. Çünki bizdə dərin emal sahəsi şaxələnməyib. Bunu aradan qaldırmalıyıq ki, pambığımızı heç olmaya yarımfabrikat şəklində sataraq daha çox gəlir götürək. Pambıqçılığın əsas məqsədi budur ki, son məhsula çevrilib gəlir əldə etmək. Pambıqçılıq Azərbaycanda yavaş-yavaş inkişaf edəcək”.