"Qarabağ" xalqımızı qürurlandırmaqda davam edir - İlham Əliyev

23:32 01.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın "Kopenhagen" klubu üzərində 2:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

Hafta.az xəbər verir ki, təbrikdə deyilir:

"Danimarka çempionu "Kopenhagen" futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən "Qarabağ" dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir".