"Qarabağ" - "Bayer" oyununda stadion dolu olacaq

16:13 09.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda bu gün keçiriləcək "Qarabağ" - "Bayer" oyununa 30 min bilet satılıb.

Hafta.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, matç üçün bütün biletlər satılıb. Beləliklə, Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə tribunalar tam dolu olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Bayer" görüşü saat 21:45-də başlayacaq.