Bu gün Konfrans Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.
Hafta.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" növbəti oyununda Qazaxıstanda "Kayrat"ın qonağı olub.
Ağdam təmsilçisi səfərdə də 2:1 hesabı ilə qalib gəlib və 10 xalla qrup lideri olub. "Qarabağ" bu qələbə sayəsində pley-offa vəsiqəni təmin edib. Buna qrupun bu gün keçirilən digər matçında “Bazel”in səfərdə “Omoniya” ilə heç-heçə etməsi də səbəb olub.
Beləliklə,"Qarabağ" Azərbaycan futbolu tarixində daha bir ilkə imza ataraq avrokuboklarda qrupdan çıxan ilk klubumuz oldu.
Qeyd edək ki, "Qarabağ" qrupdan lider kimi çıxsa, birbaşa Konfrans Liqasının 1/8 finalına yüksələcək. Qrupda 2-ci yeri tutan komanda isə Avropa Liqasında qrupda 3-cü olan komanda ilə pley-off oyununa çıxacaq.
4 noyabr
Konfrans Liqası
H qrupu, 4-cü tur
"Omoniya" (Kipr) - "Bazel" (İsveçrə) - 1:1
Qollar: Kakoulis, 17 (1:0), Milar, 57 (1:1)
“Kayrat” (Qazaxıstan) - “Qarabağ” (Azərbaycan) - 1:2
Qollar: Vadji, 58 (0:1), Kante, 68 (1:1), Zubir, 72 (1:2)
Baş hakim: Dumitri Muntean (Moldova)
Almatı. Mərkəzi Arena