"Qarabağ" Azərbaycan kubokunda yarımfinala vəsiqə qazanıb

22:55 11.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start verilib.

Hafta.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

"Qarabağ" səfərdə kubokun son qalibi "Keşlə"nin qonağı olub. İlk oyunda 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi cavab matçında da rəqibini 6:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Komanda bu mərhələdə "Sumqayıt" - "Qəbələ" cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinalın digər görüşləri 12-13 fevral tarixlərində keçiriləcək.

11 fevral (cümə)

Azərbaycan kuboku, 1/4 final

“Keşlə” – “Qarabağ” - 0:6 

Qollar: Patrik Andrade, 9, İbrahima Vadji, 17, Ramil Şeydayev, 44-pen, İbrahima Vadji, 45, Musa Qurbanlı, 77, Ramil Şeydayev, 84
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov
“ASK Arena”.
İlk oyun - 0:1.