"Qarabağ" "Bazel"lə heç-heçə etdi

22:42 16.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Konfrans Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib.

Hafta.az xəbər verir ki, turnirdə yeganə təmsilçimiz "Qarabağ" Bakıda İsveçrənin “Bazel” klubu ilə üz-üzə gəlib. Oyunda qapılara qol vurulmayıb.

Qrupun digər matçında isə Qazaxıstanın "Kayrat" klubu Kipr təmsilçisi "Omoniya" ilə qolsuz heç-heçə edib.

16 sentyabr

Konfrans Liqası

H qrupu, 1-ci tur

“Qarabağ” (Azərbaycan) – “Bazel” (İsveçrə) - 0:0 
Baş hakim:
 Erik Lambrexts (Belçika)
Bakı Olimpiya Stadionu

"Kayrat" (Qazaxıstan) - "Omoniya" (Kipr) - 0:0

Oxunma sayı 20