"Qarabağ"ın rəqibi CAS-a müraciət etdi

20:53 16.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel" İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Hafta.az xəbər verir ki, Liqa 1 təmsilçisi FİFA-nın kluba qoyduğu transfer qadağasının ləğvi üçün bu addımı atıb.

Fransa klubuna növbəti 2 transfer pəncərəsində heyətinə oyunçu qata bilməməklə cəzalandırılıb. Komanda seneqallı yarımmüdafiəçi Pap Quyenin transferindəki qayda pozuntusuna görə bu cəzaya məruz qalıb.

Oxunma sayı 31