Yazını böyüt
Yazını kiçilt
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.
Hafta.az xəbər verir ki, turnirdəki iştirakçılarımızdan “Qarabağ” Bakıda Şotlandiya təmsilçisi “Aberdin”lə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş "Qarabağ"ın qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab matçı isə avqustun 26-da Aberdində keçiriləcək. Mərhələni keçən komanda qrup mərhələsinə yüksələcək.
19 avqust
Konfrans Liqası
Pley-offun ilk oyunu
“Qarabağ” (Azərbaycan) – “Aberdin” (Şotlandiya) - 1:0
Qol: Xayme Romero, 30
Baş hakim: Rade Obrenoviç (Sloveniya)
Tofiq Bəhramov adına Respublika stadionu