"Qarabağ" "Sabah"a qalib gələrək liderliyə yüksəlib

23:20 24.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

Hafta.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. Açılış matçında “Qarabağ” “Sabah” klubunun qonağı olub.

“Bank Respublika Arena”da keçirilən oyun Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1. Hesabı 58-ci dəqiqədə "köhlən atlar" açıblar. Toral Bayramov penaltini dəqiq yerinə yetirib. Cəmi iki dəqiqə sonra Nəriman Axundzadə ikinci topu rəqibin qapısından keçirib. 63-cü dəqiqədə "Sabah"ın yarımmüdafiəçisi Cease Sekidika fərqi azaltsa da, meydan sahiblərinin bundan çoxuna gücü çatmayıb.

Bu nəticədən sonra xallarını 29-a çatdıran "Qarabağ" liderliyə yüksəlib. 16 xalı olan "Sabah" isə yeddinci pillədə qalıb.

Qeyd edək ki, turun “Səbail” – “Kəpəz”, “Qəbələ” – “Turan Tovuz” oyunları noyabrın 25-də, “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” matçları isə noyabrın 26-da keçiriləcək.

Oxunma sayı 143