"Qarabağ" və "Sabah" qalib gəldi

21:16 16.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 2021-2022 mövsümünün ilk yarısına yekun vurulub.

Hafta.az xəbər verir ki, 14-cü turun son oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Səbail" "Sabah"ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.

Günün və ilin son oyununda isə lider "Qarabağ" evdə "Zirə" ilə qarşılaşıb. Görüş Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan Premyer Liqası

14-cü tur - 16 dekabr 

“Qarabağ” – “Zirə” - 2:0

Qollar: Musa Qurbanlı, 6; 53
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
“Azersun Arena”.

“Səbail” – “Sabah” - 0:3

Qollar: Coy-Lens Mikels, 33 (0:1), Ceyhun Nuriyev, 46 (0:2), Xuan Kamara, 90+4
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
“ASCO Arena”.