Yazını böyüt
Yazını kiçilt
Bakıda metroda işıqlar sönüb və sərnişinlər vaqonlardan düşürdülüb.
Hafta.az xəbər verir ki, bu gün işıqların sönməsi nəticəsində metroda qatarların bir neçəsi dayanıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hafta.az-a dedi ki, saat 15:48-də Bakı metropoliteninə gələn elektrik xətlərində gərginliyin verilməsində qısamüddətli problem yaranıb:
"3 stansiya istisna olunmaqla ("Xalqlar dostluğu-Həzi Aslanov" sahəsi), bütün xətlərdə hərəkət bərpa olunub. Qatarlar "Neftçilər" stansiyasına qədər hərəkət edir. Qeyd edilən sahədə dizel-generatorlar qoşulmaqla, qatarlar stansiyalara verilib və sərnişinlər təxliyə olunub".