Yazını böyüt
Yazını kiçilt
ABŞ Federal Təhqiqat Bürosu (FTB) senator Lindsi Qrehemin ölümünün səbəblərinin araşdırılması üçün bütün zəruri resursları təqdim etdiyini açıqlayıb.
Hafta.az xəbər verir ki, bu barədə FTB-nin direktoru Keş Patel X sosial şəbəkəsində paylaşım edib. Bildirilib ki, ilkin məlumata əsasən, senatorun ölümünə aterosklerotik ürək-damar xəstəliyinin yaratdığı aorta disseksiyası səbəb olub. Qeyd olunub ki, ölümün dəqiq səbəbi aparılacaq bütün zəruri ekspertizaların nəticələrindən sonra müəyyən ediləcək.
Qeyd edək ki, 71 yaşlı Lindsi Qrehemin iyulun 11-də vəfat edib.