Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq – Prezident

09:52 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə və Azərbaycan əhalisi dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki ölkədir. Əməkdaşlığın səviyyəsinə, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında olan münasibətlərə nəzər salın.

Hafta.az yazır ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.

Dövlət başçısı əlavə edib: “Biz dünyada başqa iki elə dövlət tanımırıq ki, bir-birinə bu qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin, bir-biri ilə bu qədər dostluq etsin. Bu, xalqlarımızın çox böyük zənginliyidir və biz birgə daha güclüyük”.

Prezident İlham Əliyev Azərbaycanın Avropa Komissiyasından və Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərindən danışıb.

Dövlət başçısı deyib: “Avropa Komissiyası və Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərə gəldikdə, bunların arasında çox böyük fərq var. Avropa Komissiyası ilə münasibətlərimiz müxtəlif olub. Cənab Borrelin Avropa diplomatiyasına rəhbərlik etdiyi dövrdə bizim aramızdakı münasibətlər, Avropa Komissiyası ilə Azərbaycan arasında əlaqələr demək olar ki, tam uçuruma gedib”.

Siyasət rubrikasından digər xəbərlər