"Qəbələ" və "Zirə" qalib gəldi

22:16 11.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Premyer Liqasında bu gün 3-cü tura start verilib.

Hafta.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

"Sabah" doğma meydanda "Qəbələ"ni qəbul edib və 0:2 hesabı ilə uduzub. Bu qələbə ilə "Qəbələ" liderliyə yüksəlib.

Günün digər qarşılaşmasında  isə "Zirə" səfərdə "Keşlə" ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. 

Azərbaycan Premyer Liqası, 3-cü tur

“Sabah” – “Qəbələ” - 0:2
Qollar:
 Akokpo,53, Ülvi İsgəndərov, 90+3
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
“Bank Respublika Arena".

“Keşlə” –“Zirə” - 0:2
Qollar: 
Volkov, 63, 72
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Qırmızı vərəqə: Anatole Abanq, 27 9 ("Keşlə")
“ASK Arena".

12 sentyabr

18:00. "Səbail" - "Sumqayıt"
"ASCO Arena"

20:30. "Neftçi" - "Qarabağ"
"Bakcell Arena"

Oxunma sayı 27