"Sabah" dördüncü dəfə ölkə çempionu oldu 

21:52 05.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Basketbol Liqasında 2025/2026-cı illər mövsümünün qalibi bəlli olub.

Hafta.az xəbər verir ki, final seriyasının üçüncü oyununda "Sabah" "Abşeron Lions"la üz-üzə gəlib.

Bakı İdman Sarayında təşkil edilən qarşılaşma "bayquşlar"ın 108:95 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub etmişdi - 98:93, 112:84.

Bununla da, Rimas Kurtinaytis ardıcıl dördüncü dəfə Azərbaycan çempionu olub.