"Sabah" qalib gəlib, Tovuzda heç-heçə

22:03 27.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Misli Premyer Liqasında 29-cu tura yekun vurulub.

Hafta.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

Əvvəlcə “Turan Tovuz” “Zirə”ni qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Digər oyunda isə “Sabah” “Karvan-Yevlax”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.  

Misli Premyer Liqası, 29-cu tur

27 aprel

“Sabah” – “Karvan-Yevlax” - 2:0
Qollar: Patrik Mbina, 49, Aron Maluda, 55
“Bank Respublika Arena”

“Turan Tovuz” – “Zirə” - 1:1
Qol: Rəhim Sadıxov, 22 (1:0), Davit Volkov, 63 (1:1)
Tovuz şəhər stadionu

25 aprel

“Qəbələ” - “Araz-Naxçıvan” - 1:1

 “İmişli” - “Sumqayıt” - 0:2

26 aprel

"Neftçi" – "Qarabağ" - 1:5

"Şamaxı" – "Kəpəz" - 2:0