"Sumqayıt" və "Qəbələ" qalib gəldi

22:10 21.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib.

Hafta.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Qəbələ" "Keşlə"ni qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün son qarşılaşmasında "Sabah" "Sumqayıt"ın qonağı olub və 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

21 avqust (şənbə)

“Sumqayıt” –“Sabah” - 2:0
Qollar: 
Əli Qurbani, 32, Tellur Mütəllimov, 78
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Kapital Bank Arena”

“Qəbələ” – “Keşlə” - 2:1
Qollar: 
Akakpo (1:0), 11, Utriq, 30 (2:0), Abanq, 76 (2:1)
Qırmızı vərəqə: Şəhriyar Əliyev, 90+4-iki sarı vərəqə ("Keşlə")
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Qəbələ şəhər stadionu

22 avqust (bazar)

18:30. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu

20:30. “Qarabağ” – “Səbail”
“Azersun Arena”