"Türkiyə, Türkmənistan və Azərbaycan arasında enerji əməkdaşlığı gücləndirilməlidir” – Vitse-prezident

11:15 27.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

TOBB və Xarici İqtisadi Əlaqələr Şurasının birgə təşkilatçılığı ilə keçirilən Türkiyə-Türkmənistan İş Forumunda vitse-prezident Cevdət Yılmaz Türkiyə, Türkmənistan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməli olduğunu bildirib. Yılmaz, ölkələr arasında ticarətin 2022-ci ildə 2 milyard dollara çatdığını, 2023-cü ildə isə bu rəqəmin 3 milyard dollar olacağını təxmin etdiklərini bildirib.

Hafta.az-ın yazdığına görə, Cevdət Yılmaz, iki ölkə arasındakı ticarət həcminin 5 milyard dollara çatması üçün investisiyaların təşviq edilməsi və asanlaşdırılmasının lazım olduğunu bildirib. O, Türkmənistan şirkətlərinin Türkiyədə daha çox olmasını və Türkiyədən Türkmənistana investisiyaların artırılmasını arzulayıb.

Yılmaz enerjinin strateji bir məsələ olduğunu, Türkmənistanın təbii qazı və elektrik enerjisinin qlobal bazarlara çatdırılmasında əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb. Yılmaz Türkiyə, Türkmənistan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq proqramlarının olmasını vacib sayıb və Xəzərdə dostluq sahəsinə xüsusi önəm verdiklərini bildirib.

Sənaye və Texnologiya naziri Məhmət Fatih Kaçır iki ölkə arasındakı ticarət həcmini 5 milyard dollara çatdırmağı hədəflədiklərini və Türkmənistandan olan investorları Türkiyəyə daha çox investisiya qoymağa dəvət etdiklərini bildirib.

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov nəqliyyat və kommunikasiya sektoruna diqqət çəkərək, iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin yeni səviyyəyə yüksəlməsi lazım olduğunu bildirib. Berdiməhəmmədov qeyd edib ki, onlar dövlət və özəl şirkətlərin iştirakı ilə birgə “nəqliyyat və logistika mərkəzi” yaratmağı planlaşdırırlar.

TOBB sədri Rifat Hisarcıklıoğlu trkmən şirkətlərinin Türkiyədə böyük sərmayələr qoymasını istədiyini və üçüncü ölkələrdə iş görməyi hədəflədiklərini bildirib. O, Transxəzər Təbii Qaz Boru Kəməri Layihəsinə töhfə verməyə hazır olduqlarını bildirib.

Siyasət rubrikasından digər xəbərlər