"Xamenei şikəst vəziyyətə düşüb" - Heqset

19:19 13.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"İranın yeni Ali Lideri Seyyid Müctəba Xamenei yaralanıb və ehtimal ki, şikəst vəziyyətə düşüb".

Hafta.az xəbər verir ki, bununla bağlı ABŞ-nin müdafiə naziri Pit Heqset brifinq deyib. 

"Biz bilirik ki, İranın yeni, o qədər də ali olmayan lideri yaralanıb və ehtimal ki, şikəst vəziyyətə düşüb", - Peqset deyib.

Müctəba Xameneinin ötən gün yayımlanan bəyanatına toxunan amerikalı rəsmi onun videogörüntüsünün və ya səs yazısının olmamasını diqqətə çatdırıb:

"Düşünürəm ki, siz bunların olmamasının səbəbini bilirsiniz". 

Müdafiə naziri Müctəba Xameneinin qorxduğunu, qaçaq vəziyyətdə olduğunu və heç bir legitimliyinin olmadığını iddia edib.