Yazını böyüt
Yazını kiçilt
Pakistan həbsxanalarında saxlanılan 1099 əfqan məhbusu azad edilərək ölkəsinə qaytarılıb.
Hafta.az xəbər verir ki, bu barədə Əfqanıstanın Qaçqınlar və Repatriasiya Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məhbuslar Spin Boldak və Torxam sərhəd-keçid məntəqələri vasitəsilə Əfqanıstana göndəriliblər.
Qeyd edilib ki, bir gün ərzində daha 3118 əfqan qaçqın Pakistandan ölkəsinə qayıdıb.