Yazını böyüt
Yazını kiçilt
Türkiyəli məşhur aktyor Halil Ergünün səhhətində problem yaranıb.
Hafta.az xəbər verir ki, aktyorun ürəyindəki əsas damarlardan birində tıxanıqlıq aşkarlanıb.
Buna görə o, təcili əməliyyata alınıb və damarına stent qoyulub. Türkiyəli sənətçi əməliyyatdan sonra bir gün xəstəxanada müşahidə altında qalacaq.
Qeyd edək ki, Halil Ergün Azərbaycan tamaşaçılarına "Yaprak dökümü" serialında oynadığı rolu ilə tanışdır.