"Zirə"dən darmadağın, "Qəbələ" qalib gəldi - Azərbaycan kuboku

21:19 02.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Hafta.az xəbər verir ki, ikinci oyun günündə də iki görüş keçirilib.

“Zirə” öz meydanında “Səbail” üz-üzə gəlib. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda 4:0 hesablı qələbə qazanıb. 

Günün digər matçında "Sumqayıt" “Qəbələ”ni qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

2 fevral 

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar

“Sumqayıt” – “Qəbələ” - 0:1 
Qol: İsnik Alimi, 26-pen.
Baş hakim: Rauf Cabarov
“Kapital Bank Arena”

“Zirə” – “Səbail” - 4:0 
Qollar: 
Mohamed Hamdaui, 45+2, Broqno, 59, Keyta, 72, Broqno, 86
Baş hakim: Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu

1 fevral

"Neftçi” – “Sabah” - 1:1 

“Qarabağ” – “Keşlə” - 1:0