Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları davam edir.
Hafta.az xəbər verir ki, bu gün daha bir matç keçirilib.
“Sumqayıt” “Zirə”ni qəbul edib. Rəqibinə 3 cavabsız qolla qalib gələn Rəşad Sadıqovun komandası xallarını 22-ə çatdırıb və yenidən 2-ci pilləyə yüksəlib.
Xatırladaq ki, tura sabah oynanılacaq “Qəbələ” - “Qarabağ” görüşü ilə yekun vurulacaq.
28 noyabr (bazar)
“Sumqayıt” – “Zirə” - 0:3
Qollar: Təmkin Xəlilzadə, 14 pen. (0:1), Qismət Alıyev, 28 (0:2), Coşqun Diniyev, 79
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Rəvan Həmzəzadə
“Kapital Bank Arena”
29 noyabr (bazar ertəsi)
16:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu