Belçikada 11 yaşlı oğlan uşağı Antverpen Universitetində fizika üzrə bakalavr təhsilini 1 ilə tamamlayıb.
Hafta.az 9NEWS nəşrinə istinadla xəbər verir ki, Loran Simons akademik təhsilə bir il vaxt sərf etsə də, adətən bunun üçün tələb olunan zaman 3 ilə bərabərdir.
İndi isə vunderkind Flamand universitetinin magistrı olmaq barədə fikirləşir. Daha sonra isə ölümsüzlüyün sirlərini araşdıracaq. "Mən bədən üzvülərimi süni orqanlarla nə dərəcədə əvəzləməyin imkanlarını araşdırmaq istəyirəm" - Simons deyib. Qeyd edək ki, o, 9 yaşında Eyndxoven Universitetində "elektrotexnika" ixtisasını bakalavr səviyyəsində bitirməli idi. Lakin valideynləri ilə universitet rəhbərliyi arasında yaranmış anlaşılmazlıq səbəbindən bu təşəbbüs alınmayıb. O, 12 illik təhsil kursunu isə cəmi 1,5 ilə tamamlayıb.