Bir krauiz şirkəti 62 min kilometrdən çox məsafəni əhatə edən 116 günlük səyahətlə "indiyə qədərki ən uzun kruiz" planlarını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, “Princess Cruises” gəmisi 2025-ci ildə yola düşəcək və 2200 sərnişinlə 6 qitədə və 26 ölkədə olmaqla, 51 istiqamətə tur edəcək.
Marşrut proqramına Gizanın piramidalarını, həmçinin Sinqapur Nəbatat Bağlarını, Xorvatiyanın köhnə Dubrovnik şəhərini, Türkiyənin Quşadasını, qədim Efes xarabalıqlarını, Müqəddəs İohan monastırı və Apokalipsis mağarasını görmək üçün dayanacaq daxildir.
“Princess Cruises”in rəhbəri Con Padgett deyib ki, kruiz ən uzun macəra olaraq uzun illər öz yerini qoruyacaq.
Qeyd edək ki, gəmi ilk olaraq Monteneqronun cənubundakı Bar və İtaliyanın Taranto şəhərlərinə səfərə çıxacaq.
Digər diqqətəlayiq məqamlar arasında Dubayda gecələmə, eləcə də İspaniyanın köhnə Kartagena şəhərini araşdırmaq, Mərakeşin Kasablanka şəhərində alış-veriş etmək və Avstraliyanın Sidney şəhərinin gecə həyatını görmək üçün gecələrə “Daha çox sahil” ekskursiyaları daxildir.
Qısa turlar Maltanın ən qədim yeraltı məbədi və nekropolu olan Hal Saflieni katakombasını ziyarət etməkdən tutmuş, İtaliyanın Milan şəhərində Leonardo da Vinçinin “Son şam yeməyi” əsərini görməkdən ibarətdir.
Biletlər hazırda satışdadır və tam kruiz sərnişinlərinə adambaşına ən azı 18289 funt sterlinqə başa gələcək.
Gəmi Floridanın cənub-şərqindəki Fort Lauderdeyldən 5 yanvar 2025-ci ildə yola düşəcək. Daha qısa kruiz istəyənlər 20 yanvar 2025-ci ildə Los Ancelesdən gəmiyə minərək 101 günlük marşruta qoşula bilərlər. Gəmidə 51, 50, 65 və ya 66 gün kimi daha qısa kruiz variantları da var.
Səyahət uzun olmasına baxmayaraq, tur ötən ay rezervasiya üçün açılan dünyanın ilk üç illik kruizinin kölgəsində qalıb. “Life at Sea Cruises” tərəfindən təşkil edilən bu iddialı kruiz 209 min kilometrdən çox məsafə qət edəcək və 135 ölkədə 375 limana baş çəkərək, sərnişinlərə Dünyanın 14 möcüzəsindən 13-nü görmək şansı verəcək.