Yazını böyüt
Yazını kiçilt
Ucarda faciəvi hadisə baş verib.
Hafta.az bu barədə FHN-ə istinadən bildirir.
Məlumata görə, iyulun 10-da Qazyan arxının Ucar rayonu, Rəstəcə kəndi ərazisindən keçən hissəsində batmış 2010-cu il təvəllüdlü Hacıyev Əlisafa Məhəmməd oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.