Göyçayda oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub

15:35 10.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçayda mağazadan oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Hafta.az xəbər verir ki, obyektə daxil olan naməlum şəxs kassada olan pulu və tütün məmulatlarını talayıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Rahib Babayev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun restorandan televizorlar, həmçinin bir fərdi yaşayış evindən müxtəlif məişət əşyaları oğurladığı da məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, R.Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.