165 yük maşını gömrük-sərhəd məntəqəsində gözləyir

15:46 02.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumat yayıb.

Hafta.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, “Biləsuvar” gömrük postunda 35, “Qırmızı Körpü” gömrük postunda 60, “Mazımqara” gömrük postunda 15, “Samur” gömrük postunda 50 və “Xanoba” gömrük postunda 5 yük maşını var. 

“Astara” gömrük postunda isə yük maşını yoxdur.