2024-cü ildə ən çox bilet satan türk sənətçilər

09:35 25.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2024-cü ildə ən çox konsert bileti satan 10 türk sənətçinin adı açıqlanıb.

Hafta.az-ın yazdığına görə, bir çox fərqli şəhərdə çıxış edən sənətçilər Türkiyə daxilində böyük maraqla izlənilib və minlərlə musiqisevərə konsert verib.

Bu il açıq havada və stadionda verdiyi konsertlərlə diqqət çəkən Yalın zirvədə olmağı bacarıb.

Yalını müvafiq olaraq Gökhan Türkmən, Saqopa Kajmer, Cem Adrian, Məlikə Şahin, Əmir Can İğrek, Semiçənk, Duman, Mərt Dəmir və Dedublüman izləyir.

Məlumata görə, ilin ən çox satılan 10 teatr oyunu aşağıdakı kimidir:

1.“Çox gözəl hərəkətlər 2”, 2. “Ölüm bizi ayırana qədər”, 3. “Zəngin mətbəxi”, 4. “Aydınlık evlər”, 5. “Jekyll&Hyde”, 6. “Amadeus”, 7. “Flame Days”, 8. “Richard”, 9. “Güldür Güldür Şou”, 10. “Ata Hamlet”.