Yazını böyüt
Yazını kiçilt
Bakının Nəsimi rayonu ərazisindəki 3-cü mikrorayon bazarında baş verən yanğınla bağlı əraziyə elektrik enerjisinin verilişi dayandırılıb.
Hafta.az xəbər verir ki, "Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev elektrik enerjisinin Fövqəladə Hallar Nazirliyinin tələbi ilə dayandırıldığını bildirib: "3-cü mikrorayon bazarında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin tələbi ilə bazarın elektrik enerji verilişi xəttinin açmışıq".