Bu müharibə yüksək texnologiyalar savaşıdır. Sizi inandırıram ki, bundan sonra 300 min yox, 3 milyonluq da Rusiya ordusu gəlsə, Ukraynanı işğal edib saxlamaq gücündə olmayacaq.
Bu fikirləri hafta.az-a Ukrayna Ali Radasının hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan hərbi ekspert, polkovnik Elxan Nuriyev deyib:
“Putinin və onun təbliğatçılarının bütün bu boş hay-küyü daxili auditoriyaya, ictimaiyyətə hesablanıb. Artıq həm Ukrayna, həm də Qərblə savaşı uduzan Putin hakimiyyəti sentyabrın 21-dən öz xalqına da müharibə elan etdi. Halbuki, bu rejim vətəndaşları əmin etmişdi ki, heç bir səfərbərlik-filan olmayacaq, bu, sadəcə, xüsusi bir əməliyyatdır, Ukraynanı qısa müddətdə məğlub etmək bizim üçün heç nədir. Və s. və i.a. Amma göründüyü kimi, artıq əməliyyatların başlamasından sonra 8-ci ay başlamaqdadır və Rusiya ordusu qarşına qoyulmuş heç bir uğurlu nəticəni əldə etməyib...”