4 otaqlı ev tamamilə yanıb

22:00 13.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay şəhərində ümumi sahəsi 165 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a bildirilib ki, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 116