Yazını böyüt
Yazını kiçilt
YAŞAT Fondu həm ölkə daxilində, həm də xaricdə qazilərin müalicəsini təmin edir.
Bu fikirləri hafta.az-a YAŞAT Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov deyib.
Onun sözlərinə görə, bu zaman müalicəsi ölkəmizdə mümkün olmayan qazilərimiz səhiyyə qurumlarından alınan rəydən sonra xaricə göndərilir:
"Belə şəxslərin sayı 131 nəfərdir. 84 nəfər qazimiz öz sağlamlığına qovuşaraq vətənə qayıdıb. 47 nəfərin müalicəsi isə Türkiyə Respublikasında uğurla davam etdirilir".