5 ay ərzində 6,8 milyon müraciət qeydə alınıb

16:53 16.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-cü ilin beş ayı ərzində 6,8 milyon müraciət qeydə alınıb.

Nazirlikdən hafta.az-a bildirilib ki, həmin dövrdə 15,7 min pensiya, 57,7 min müavinət və təqaüd, həmçinin 618 birdəfəlik ödəmə üzrə təyinat rəqəmsal infrastruktur üzərindən proaktiv qaydada aparılıb.

Yanvar-may aylarında e-qaydada 142,2 min fərdi şəxsi hesab da açılıb, Nazirliyin fəaliyyət sahələri üzrə 169,3 min e-arayış verilib.

Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən son 5 ayda Nazirliyin informasiya bazalarına edilən sorğu sayı 109 milyon olub.