5-ci dəfə dünya çempionu oldu

11:07 27.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu baş gizir Orxan Heydərli Türkiyənin İstanbul şəhərində keçirilən şotokan karate üzrə 16-cı dünya çempionatında uğurla çıxış edib.

Hafta.az xəbər verir ki, DSX-nin məlumatına görə, idmançı kişilər arasında +84 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək 5-ci dəfə dünya çempionu adına layiq görülüb.

O, final mərhələsində də üstünlüyünü qoruyaraq qələbəni təmin edib.