9 mərtəbəli yaşayış binasında yanğın baş verib

23:10 13.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərində yaşayış binasında yanğın olub.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd sayğac, 9 ədəd qoruyucu açar və 1 p.m kabel yanıb.

"Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.