İdrak liseyinin önündən görüntülər yayıldı

11:40 06.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yerləşən "İdrak" liseyində şagird müəllimi güllələyib. Hazırda dərslər təxirə salınıb, valideynlər uşaqlarını məktəbdən götürürlər.

Hafta.az xəbər verir ki, valideyn Heydər Cəfərovun sözlərinə görə, hadisə ilə bağlı məlumatı məktəbdən yox, saytlardan əldə edib.

O bildirib ki, məktəbdə mühafizə sistemi işlək olub: 

"Psixoloqlar isə şagirdlərlə daimi profilaktiv söhbətlər aparıb. Hadisənin necə baş verməsi ilə bağlı məlumatlı deyiləm".

Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada  müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktı ilə bağlı cinayət işi başlanıb.